SİMA sentyabrdan istifadəyə veriləcək 

12:10 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayınının sonundan etibarən hüquqi şəxslər SİMA yeni nəsil rəqəmsal imzadan istifadə edə biləcəklər. 

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərin sualını cavablandırarkən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov söyləyib.

 

O qeyd edib ki, fiziki şəxslərin istifadə etdiyi SİMA yeni nəsil imza ödənişsizdir:

 

"Ancaq hüquqi şəxslər üçün istifadəyə veriləcək imza ödənişli olacaq. Ödənişin məbləği ilə bağlı gələcəkdə məlumat veriləcək".